SON XƏBƏR

"Sıfır faiz"lə ev təkliflərinin arxasında nə dayanır?

Mart 30
11:19 2016
Tikinti şirkətlərinin vətəndaşı aldatmayacağına təminat varmı?
 
Statistik məlumatlar, rəsmi açıqlamalar da göstərir ki, ölkədə vəziyyət hər gün pisləşir. Yəni göstəricilər o qədər bərbaddır ki, rəsmi məlumatlarda bunu gizlətmək mümkün olmur. Məsələn, son bir ildə ölkəiqtisadiyyatına kapital qoyuluşu 86 faiz, əhalinin hər nəfərinə düşən pul gəlirləri 43 faiz azalıb. Problemli kreditlərin həcmi, işsizlik, xarici borc kəskin sürətdə artıb. Iş adamları ölkədən qaçır, bank sektoruna inam sarsılıb, valyuta ehtiyatları azalıb və s.
Amma yazımızın əsas məqsədi ölkənin ağır mənzərəsini göstərmək deyil. Onsuz da sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsini hamı öz həyatında hiss edir.

Məsələ burasındadır ki, son dövrlər şəhərdə xeyli sayda reklam lövhələri ilə rastlaşırıq. Eyni zamanda telekanallarda da bu istiqamətdə ciddi təbliğat gedir. Belə ki, vətəndaşlara aşağı faizlərlə kreditlər təklif edilir. Daha doğrusu uzunmüddətli kreditlərlə təmirli və təmirsiz evlər təklif edilir. Heç kimə sirr deyil ki, ölkədə xeyli sayda evsizlikdən əziyyət çəkən ailələr var. Minlərlə ailə uzun illərdi kirayalərdəsürünür. Belə bir reallıqda aşağı faizlərlə ev təklifləri çoxları üçün cəlbedici görünəbilər.
 
Təbii ki, bu prosesə start verilməsinin əsas məqsədi ölkədən pul çıxarılmasının qarşısını almaq, əhalidəki pulu daşınmaz əmlak vasitəsilə əldə etməkdir. Amma yuxarıda da qeyd etdiyimiz kimi, bütün göstəricilər ölkədə vəziyyətin ağır olduğunu,əhalinin ödəniş qabiliyyətinin kəskin azaldığını göstərir. Belə bir vəziyyətdə əhaliyəuzunmüddətli kredit verənlər, bu kreditlərin ödəniləcəyinə necə arxayın ola bilərlər? Vəziyyətin hər gün daha da pisləşdiyini onlar başa düşmürlərmi? Təbii ki, real vəziyyəti onlar da başa düşürlər.
 
O zaman ortaya başqa bir ehtimal çıxır. Bildiyiniz kimi, bugünə qədər xeyli tikinti şirkətləri müştəriləri aldadıb, dələduzluqla məşğul olub, evlər müqavilədə göstərildiyi vaxtda təhvil verilməyib və s. Yəni tikinti şirkətlərinin vətəndaşların pullarını mənimsəməsi hallarına çox rast gəlinib və bugünə qədər də insanlar pullarını geri ala bilmir.
 
Indiki mərhələdə yeni kampaniyaya start vermiş tikinti şirkətlərinin vətəndaşları aldatmayacağına kim təminat verir? Son pulunu ilkin ödəniş kimi verən, çətinliklə bir müddət kredit faizi ödəyən vətəndaşı kim sığortalayıb?
 
Hökumət bu məsələyə ciddi yanaşmalı, aidiyyəti qurumlar araşdırma aparmalıdır ki, onsuz da çətin vəziyyətdə olan vətəndaşa növbəti zərbə vurulmasın. Yuxarıda da qeyd etdiyimiz kimi, belə acı təcrübələr çox olub. Mümkündür ki, əhalidəki dollar kütləsiniəldən çıxarmaq üçün belə bir addım atılsın. Yaxud müəyyən qədər pul əldə edib ölkədən qaça da bilərlər. Ona görə də vətəndaşlar da ayıq olmalı və zəmanət tələb etməlidilər. Hökumət də bu məsələdə vətəndaşa arxa çıxmalı, şəffaflığın təmin edilməsinə nail olmalıdır.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook