SON XƏBƏR

Seymur Orucov: Gənclər torpaqlarımızı işğaldan azad etməyə hazırdır

İyul 11
12:47 2017
«Ermənistan dünya ölkələrinin, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarını işğaldan azad etmək barədəki tələblərinə məhəl qoymur. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri isə ötən müddət ərzində problemin ədalətli həllinə nail olmayıb».
 
Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
 
S.Orucov bildirib ki, Minsk qrupu fəaliyyəti dövründə  işğalçı Ermənistana qarşı konkret addımlar atmayıb. Onun sözlərinə görə, bir sıra beynəlxalq qurumlar bu məsələdə ikili standartlar nümayiş etdirirlər.
 
«Ermənistanın indiyə kimi cəzalandırılmaması vəziyyəti dözülməz bir həddə çatdırıb. Ermənistanın cəzalandırılmamasının nəticəsidir ki, işğalçı tərəf qadın və uşaqları qətlə yetirirlər. Bu, bütövlükdə insanlığa qarşı cinayətdir. Beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın işğalçı və dövlət səviyyəsində Azərbaycana qarşı yeritdiyi terror siyasətinin qarşısı alınmalıdır. Azərbaycan gəncliyi erməni vəhşiliklərini qətiyyətlə pisləyir. Gənclər ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir əmri ilə silaha sarılıb torpaqlarımızı işğaldan azad etməyə hazırdır»- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook