SON XƏBƏR

Seymur Həzinin həbs müddəti artırıldı

Oktyabr 30
00:55 2019
AXCP sədrinin müavini Seymur Həzinin barəsindəki inzibati həbsin müddətindən Xətai rayon 34-cü Polis Bölməsinin rəisi apellyasiya şikayəti verib.

Qlobal.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Həzinin həbs müddəti 15 gündən 30 günə qaldırılıb. Bu barədə məlumatı onun həyat yoldaşı Nigar Həzi şəxsi "Facebook" hesabında yayıb.

Qeyd edək ki, Seymur Həzi oktyabrın 15-də saxlanılıb və barəsində Xətai rayon Məhkəməsinin qərarına 15 gün inzibati həbs cəzası verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook