SON XƏBƏR

Seyid Muxtar əl-Musəvi: Azərbaycan xalqı əmin olsun ki, türkmən eli hər zaman onların yanındadır

Aprel 06
09:31 2021
Biz İraq türkmənləri olaraq Azərbaycanın öz ərazilərini düşmən işğalından azad etməsinə, ərazi bütövlüyünün bərpa olunmasına çox sevinir və bundan fərəhlənirik.
 
İraq xalqı Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəsini birmənalı olaraq dəstəkləyib. Azərbaycan xalqı əmin olsun ki, türkmən eli hər zaman onların yanındadır.

Bunu AZƏRTAC-a açıqlamasında İraq Parlamentinin nümayəndə heyətinin üzvü Seyid Muxtar əl-Musəvi deyib.

Deputat bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsi dövründə İraq türkmənlərinin ürəyi azərbaycanlılarla döyünüb. "Bizim dinimiz, dilimiz birdir. Hər zaman qardaş Azərbaycan xalqına dəstək verməyə hazırıq. Qarabağın işğaldan azad olunması bizləri çox sevindirdi, Qələbə Gününü biz də bayram etdik. Bu, böyük uğur, böyük qələbədir”, - deyə o qeyd edib.

Seyid Muxtar əl-Musəvi ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə də toxunub. Diqqətə çatdırıb ki, xalqlarımızı birləşdirən digər mühüm amil böyük ustad Füzulinin yaradıcılığıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook