SON XƏBƏR

Seyfulla Əzimovun ilk hesabatının vaxtı bilindi

May 05
15:34 2020
Milli Məclisin növbəti plenar iclası mayın 8-də keçiriləcək.

"Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyi hələ dəqiqləşməyib. Bununla bərabər, iclasda Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik hesabatını təqdim edəcəyi gözlənilir.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.

Qeyd edək ki, bu S. Əzimov parlamentdə ilk dəfə hesabat verəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook