SON XƏBƏR

Sevinc Hüseynova: Enerji sektoru Azərbaycan üçün prioritet sektordur

İyul 09
16:31 2018
«Enerji sektoru Azərbaycan üçün prioritet sektordur». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, investisiyanın həcminin artırılması, strukturunun şaxələndirilməsi və xüsusən də alternativ mənbələrdən istifadə edilməsi enerji sahəsində yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, alternativ enerji mənbələrindən istifadə olunması, strateji obyektlərin generatorlarla təmin edilməsi və əlavə tədbirlərin görülməsi nəticəsində gələcəkdə hər hansı bir qəzanın təsirinin azaldılması üçün əsas prioritetlərdəndir.

«Dövlətimizin başçısının yanında keçirilən müşavirədə cənab Prezident  tədbirlər planının hazırlanması ilə bağlı göstəriş verdi. Bu, həm elektrik stansiyasında tam təftiş və auditin aparılmasına, eləcədə enerji sektorunda daha sistemli fəaliyyətin həyata keçirilməsinə imkan verəcək. Dövlətimizin başçısı bu sahədə peşəkarlığı ilə seçilən beynəlxalq qurumlar tərəfindən qiymətləndirilmənin aparılması ilə bağlı göstəriş verdi. Bu, enerji təhlükəsizliyinin formalaşması, enerji sektorunda fəaliyyətin müasir standarta uyğun qurulması baxımından vacibdir. Son müşavirə, Dövlət Komissiyasının yaradılması, dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar gələcəkdə enerji sektorunda belə halların qarşısının alınması üçün baza formalaşdırır»-deyə, deputat qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook