SON XƏBƏR

Sevinc Hüseynova: Azərbaycanda ictimai qurumların fəaliyyətinə kifayət qədər böyük dəstək var

Oktyabr 26
12:34 2016
«Azərbaycanda ictimai qurumların fəaliyyətinə kifayət qədər böyük dəstək var».
 
Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
 
S.Hüseynova bildirib ki, Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması üçüncü sektor adlanan vətəndaş cəmiyyətinin də inkişafını özündə ehtiva edir. Onun sözlərinə görə, Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas hüquqi sənəd 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır. Bundan başqa, 1998-ci ildə "Qrant haqqında" qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor-resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətli rol oynadı. 2000-ci ildə qəbul edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir.
 
«Eləcə də qanunların müvafiq olaraq təkmilləşdirilməsi də bu sahədə inkişafı şərtləndirən amillərdən biridir. Ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasi kurs Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafı üçün zəmin yaradıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Şuranın yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Ölkə Prezidenti  İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında Fərmanı da QHT sektorunun səmərəli fəaliyyəti və xarici donorlar tərəfindən verilən  qrantların təyinatı üzrə xərclənməsi baxımından mühüm önəm daşıyır»- deyə, S.Hüseynova qeyd edib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook