SON XƏBƏR

Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

Oktyabr 18
11:46 2018
Səudiyyəli jurnalist Camal Haşkacinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsində şübhəli bilinən şəxslərdən biri Ər-Riyadda avtomobil qəzasında həlak olub.

Virtualaz.org "Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı HHQ leytenantı Meşal Saad Əl-Bostani oktyabrın 2-də krallığın digər 14 vətəndaşı ilə birlikdə Türkiyəyə gəlib. Qrup jurnalistin qətlində şübhəli bilinir.

Yol qəzasının təfərrüatları barədə məlumat verilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook