SON XƏBƏR

Səudiyyə Yəməni vurdu: 39 ölü, 90 yaralı

Dekabr 13
15:18 2017
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada yerləşən polis məntəqəsini vurub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hava hücumu nəticəsində 39 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilir. 

Qeyd edək ki, Yəməndə siyasi qeyri-sabitlik hökm sürür. İranın dəstəklədiyi Husi qüvvələri paytaxt Sənanı əlində saxlayır. Qısa müddət əvvələ qədər Husilərə sabiq prezident Əli Abdulla Saleh tərəfdarları dəstək verirdi. Lakin iki qrup arasında münasibət gərginləşdi və Saleh 4 dekabr tarixində öldürüldü. Hazırda hakimiyyət və ərəb koalisiya qüvvələri ilə Husilər arasında müharibə davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook