SON XƏBƏR

Səudiyyə kralı Ərdoğana təşəkkür etdi

Oktyabr 15
11:21 2018
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səudla Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Virtualaz.org-un xarici KİV-ə istinadən məlumatına görə, Səudiyyə lideri R.T.Ərdoğana itkin düşmüş jurnalist Camal Kaşıkçının işinin araşdırılmasında əməkdaşlığa görə minnətdarlığını bildirib.

Bundan əlavə, Salman bin Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında möhkəm münasibətlərin qurulduğunu və hər iki tərəfin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Türkiyə prezidenti öz növbəsində Ankaranın Ər-Riyadla tarixi əlaqələrini yüksək qiymətləndirib və bu münasibətləri daha da möhkəmləndirmək istədiklərini vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın "Washington Post” qəzetinin icmalçısı Camal Kaşıkçı oktyabrın 2-də sənədlərini düzəltmək üçün Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna girdikdən sonra yoxa çıxıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook