SON XƏBƏR

Səudiyyə Ərəbistanı Kanadadakı səfirini geri çağırdı

Avqust 06
10:34 2018
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Kanadadakı səfirini geri çağırıb.

Bu barədə ərəb dövlətinin yerli informasiya vasitələrinə istinadən "Reuters" məlumat yayıb.

Bundan əlavə, Kanadanın Ər-Riyaddakı səfiri "arzuolunmaz şəxs" elan edilib və ona ölkəni tərk etmək üçün 24 saat zaman tanınıb.

Münaqişəyə səbəb Kanada XİN başçısının Səudiyyə Ərəbistanında 4 il əvvəl blogerin həbsini qınaması olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook