SON XƏBƏR

Səudiyyə Ərəbistanı İranı terrorçuluğu dəstəkləməkdə ittiham edib

Fevral 20
15:18 2017
Səudiyyə Ərəbistanı İranı Yəməndə hökumət əleyhdarlarına qanunsuz silah tədarük etməkdə və beynəlxalq terrorçuluğa maliyyə dəstəyi göstərməkdə ittiham edib.
 
"Report" xəbər verir ki, bu bəyanatla ərəb ölkəsinin xarici işlər naziri Adil əl-Cubeyr çıxış edib.
 
"Biz burada terrorçuluğun dövlət tərəfindən dəstəklənməsi ilə qarşılaşırıq", - deyə diplomat qeyd edib və bildirib ki, İran İŞİD-in regionda terror aktı törətmədiyi yeganə ölkədir, "sual yaranır – nə üçün?".
 
O, həmçinin İranı öz davranış və prinsiplərini dəyişməyə çağırıb və belə ölkə ilə işləməyin çətin olacağını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook