SON XƏBƏR

Serj Sarqsyanın yaxınları 6,8 milyon dollarlıq maliyyə fırıldağında ittiham olunurlar

İyul 02
17:09 2018
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sarqsyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə şübhəli bilinirlər.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

İttiham aktında qeyd olunub ki, L.Sarqsyan, onun oğlu Narek və qızı Ani cinayət əməlində şübhəli bilinirlər. "C-el-C layihə şirkəti” Səhmdar Cəmiyyətinin ofisində aparılan axtarış nəticəsində müəyyən olub ki, 2017-ci ilin ikinci yarısında onların adına Ermənistan banklarından biri pul köçürüb. Onlar bu məbləği vergi bəyannaməsində göstərməyiblər.

Hüquq-mühafizə orqanları Lev, Narek və Ani Sarqsyanların şəhərdən çıxışana qadağa qoyub. Onların dilindən paytaxt Yerevanı tərk etməmək barədə iltizam alıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook