SON XƏBƏR

“Səriştəli kadrların özəl sektora axını müşahidə olunur” - Vüqar Gülməmmədov

Aprel 13
12:26 2021
"Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu əhatə edib”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

"Subsidiyalara müraciət edən istehsalçıların sadəcə 1/4 torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7%-i dövlət dəstəyindən kənarda qalıb. Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”, - deyə o, qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook