SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Sərhədçimizi bıçaqlayanların tutulma görüntüləri - ANBAAN VİDEO

Sentyabr 24
14:06 2019
Sentyabrın 20-si saat 21:05 radələrində Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verən insidentin görüntüləri yayılıb. 

Həmin hadisə zamanı "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad-Yardımlı avtomobil yolunda Buravar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində içərisində iki nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib. 

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona "dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Buna baxmayaraq sərhədçi zabit şücaət nümayiş etdirib və cinayətkarı tərkisilah edərək saxlayıb. 

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilib, əraziyə atılan bağla­maya baxış zamanı içərisində 1 kq 125 qram "marixuana”, 1 kq 10 qram "tiryək” və 450 qram "heroin” narkotik vasitə aşkarlanaraq götürülüb. 

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçan digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib, ərazi dərhal qapadılaraq ətrafda axtarış aparılıb.

Nəticədə, hadisə yerindən qaçmış şəxs Cəlilabad rayonunun Buravar kəndi­nin yaxınlığında saxlanılıb. Həmin şəxsin 1979-cu il təvəllüdlü Naxçıvan MR, Babək rayon sakini Quliyev Samir Vidadi oğlu olması müəyyənləşdirilib, avtomobilin içərisindən 55 qram "tiryək” narkotik vasitə və şəxsi əşyalar aşkarlanaraq götürülüb.(oxu.az)





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook