SON XƏBƏR

Sərhədçilər İrandan Azərbaycana narkotik keçirmək istəyən 3 nəfəri saxladı

Oktyabr 11
14:24 2018
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dən virtualaz.org-a verilən məlumata görə, 4 oktyabr tarixində sərhəd qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonu Bala-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan dövlət sərhədindən keçirilmiş 725 qram heroinlə Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Hüseynov Hüseyn Bəybala oğlu və Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Əliyev Anar Tengiz oğlu saxlanılıblar.

Fakt üzrə keçirilmiş sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin digər iştirakçısı, hadisə yerindən qaçmış Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Həziyev Rahib Ramiq oğlu müəyyənləşdirilərək saxlanılıb və istintaqa cəlb olunub.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook