SON XƏBƏR

Serbiya prezidenti azərbaycanlı həmkarına məktub göndərib

May 26
12:19 2017
Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə hərtərəfli inkişaf arzulamaqdan çox məmnunam. Əminəm ki, Serbiya Respublikasının Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığı və strateji əlaqələri qarşıdan gələn illərdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək. Gözəl ölkənizə etdiyim səfərlər zamanı səmimi qarşılanmaya, mehriban və konstruktiv söhbətlərimizə, həmçinin Serbiya Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək siyasətinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirəm. Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook