SON XƏBƏR

Serbiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

May 21
11:58 2018
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında A.Vuçiçi Azərbaycan rəsmiləri, Serbiyanın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıb.

Qeyd edək ki, A.Vuçiç səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz Məmmədov və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook