SON XƏBƏR

"Serbiya Ermənistana silah ixracına 2017-ci ildən icazə verir" - Serb nazir

Avqust 01
11:01 2020
2017-ci ildən bəri Serbiya Vectura trans, Partizan tech və Zastava oružje firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.

Virtualaz.org Regnum-a istinadən xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır.

"Lakin razıyam ki, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşmalıyıq ki, əla siyasi və iqtisadi əlaqələr saxladığımız bir dövlətlə dostluq münasibətləri pozulmasın",- deyə N1 televiziya kanalı Leyiçin cavabından sitat gətirib.

Xatırladaq ki, bir müddət əvvəl virtualaz.org və haqqin.az saytları olaraq biz Tovuz istiqamətində hücumdan bir neçə gün əvvəl və döyüş əməliyyatlarının intensivləşdiyi bir dövrdə Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana müxtəlif çaplı minaatan silah-sursatların gətirilməsinə dair silsilə məqalələr dərc etmişdik. Həmin yazılarda vurğulamışdıq ki, Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistana silah göndərilməsi Azərbaycan-Serbiya strateji tərəfdaşlığının ruhuna ziddir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook