SON XƏBƏR

Səngəçaldakı qaz kəmərində olan yanğın barədə - rəsmi məlumat

Yanvar 11
11:33 2017
Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. 
 
APA-nın məlumatına görə, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook