SON XƏBƏR

Sən demə, nazir dayısına çəkibmiş... - İTTİHAM VAR

Mart 30
10:23 2017
Azərbaycanın ən qədim şəhərlərindən biri olan, uzun əsrlər Şirvanşahlar dövlətinin paytaxtı kimi bütün dünyada mədəniyyət mərkəzi olaraq tanınan Şamaxı son dövrlər növbəti "dağıdıcı zəlzələnin” qurbanı olub. Düşünməyin ki, şəhəri bərbad vəziyyətə salan yeraltı təkanların dağıdıcı zərbəsidir. Tam əksinə olaraq bu dəfə qədim Şamaxını xarabazara çevirən yerüstü təkanlardır-özü də bir qrup gözü ayağının altını görməyən, öz maraqlarını hər şeydən üstün tutan məmurların əməlləri şəhəri bu vəziyyətə salıb. Şamaxının ancaq icra hakimiyyəti yerləşən mərkəzi hissələri müasir görünüşü ilə qismən fərqlənir, digər küçələr və ərazilər isə həqiqətən zəlzələdən sonranı xatırladan durumdadır. Qazılmış küçələr, dağılmış asfalt örtüyü, antisanitariya müasir Şamaxının real mənzərəsidir. Dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrılmasına baxmayaraq şəhərin giriş hissəsi və icra hakimiyyətinin binası yerləşən ərazilərdə kosmetik işlər görülüb. Şəhərin digər hissələrrində isə sovetlər dönəmindən yadigar qalan abadlıq da dağıdılıb. Xüsusilə yağışlı, qarlı havalarda bu ərazilər keçilməz cəngəlliyə dönür. 2013-cü ildən rayona rəhbərlik edən Asif Ağayev isə bu illər ərzində Şamaxının səfalı ərazilərində özünə abad malikanələr ucaltmağa müvəffəq olsa da şəhərin bərbad durumundan əsla narahatlıq keçirməyib. Belə olmasaydı rayon sakinlərinin kütləvi etirazlarına, şikayətlərinə rəğmən heç olmasa azacıq işlər görülərdi.

Şamaxılıların sevimli istirahət məkanlarından biri olan "Şirvan” kinoteatrının qarşısında yerləşən park isə bu günkü Şamaxının vizit kartına çevrilib. 20 Yanvar şəhidlərinin adını daşıyan bu parkda isə nəinki zəlzələ baş verib, hələ üstəlik vulkan da püskürüb. Respublikanın digər ərazilərinə maşın-maşın daşınan Şamaxının münbit qara torpağının əvəzinə parkın ortasında gil təpəciklər peyda olub. Ağaclar kəsilib, parkın ərazisi isə xarabazara çevrilib. Ən qəribəsi isə odur ki, bütün bu rüsvayçılıq əhaliyə təmir adı altında sırınır.

Şamaxıda misli görülməyən vandalizm

Rubrika.az saytına daxil olan məlumata görə parkda baş verən bu vandalizm əməllərinə 69 saylı Yol İstismar İdarəsinin rəhbəri Əli Şirinov rəhbərlik edir. Burada baş verənlər nəinki 20 yanvar şəhidlərinə, bütün şamaxılılara qarşı sayğısızlıqdır. Təmir adı altında uzun müddət şəhərin ən gözəl bir guşəsini xarabazara çevirmək, insanların hissləri ilə oynamaq məsuliyyətsizlikdən, qanunlara sayğısızlıqdan başqa bir şey deyildir.

Samir Şərifovun dayısının ümidinə qalan bu günkü Şamaxı

Rubrika.az saytına verilən məlumata görə Şamaxı rayonun kurasiyası Maliyyə naziri Samir Şərifova həvalə olunub. Dövlət büdcəsindən rayona ayrılan pulların yeyintisi haqqında da kifayət qədər məlumatlar verilir. Son dövrlər ölkənin maliyyə durumunu alt-üst edən nazir isə rayona nəzarəti dayısı Çingizə tapşırıb. Ölkənin maliyyə sabitliyini qoruya bilmədiyindən işi müşkülə düşən Samir Şərifovun isə nəinki dayısı, heç bütün Şamaxı rayonu da yadına düşmür. Elə bu səbəbdəndir ki, şəhər xarabalığa çevrilərək göz dağına dönüb. Nazirin maliyyə siyasətinin dağıdıcı nəticəsinin əyani sübutu isə bu günkü Şamaxıdır ! 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook