SON XƏBƏR

Səməd Seyidov AŞPA-da Türkiyənin müdafiəsinə qalxdı

Oktyabr 09
09:17 2018
Bu gün biz AŞPA-da ölkələr, onların vəziyyəti haqqında danışırıq. Ancaq təəssüflər olsun ki, ölkələrə münasibətdə ikili standartlar yenə də davam edir. Türkiyə Avropanın sabitliyinə töhfələr verib. Buna nümunə kimi Avropadakı miqrant böhranı zamanı Türkiyənin köməyini göstərə bilərik.

Bu fikirləri AŞPA-nın payız sessiyasında Türkiyədəki seçkilərlə bağlı debatlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

O bildirib ki, Türkiyə ölkə daxilində terrorizmə qarşı mübarizə aparır, stabilliyin qorunub-saxlanması istiqamətində çalışır, ancaq buna baxmayaraq, yenə də xırda detallara görə tənqid olunur. Onun sözlərinə görə, Türkiyədə seçkilər çətin şəraitdə, azad və açıq şəkildə təşkil olunub.

"Seçicilərin 86 faizi seçkilərdə iştirak edib. Halbuki Avropada bu, mümkün deyil. Türkiyə xalqının seçkilərdə bu iştirakı onun iradəsini, ölkəni Avropa ilə bərabər görmək istəyini əks etdirir. Bu ölkə bizim bölüşdüyümüz dəyərləri bölüşür. Bu gün Türkiyə AŞPA-da yeni, müxtəlif partiyaları təmsil edən nümayəndə heyəti ilə təmsil olunur.

Əminəm ki, bu nümayəndə heyəti Türkiyə xalqının istəklərini ifadə edəcək. Uğurlarını görmək istəmədiyimiz, ancaq xırda detallarına vardığımız Türkiyə çətin şəraitə baxmayaraq, qalib çıxdı. Sizi yiyələndiyimiz dəyərlərə qayıtmağa çağırıram”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook