SON XƏBƏR

“Semaşko” işıqsız qalıb – Video

İyul 03
12:03 2018
Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko”) işıqsız qalması həkimlərin işində çətinlik yaradıb

"Report” xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanları 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib.

Həkimlər məcbur olub əl fanarlarının köməyi ilə ilkin tibbi yardım göstəriblər.

Elektrik cərayanı ilə qidalanan aparatlardan istifadə etmək mümkün olmayıb. Ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb Mingəçevirdəki "Azərbaycan” İES-də qəzanın baş verməsi olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə "Report”a açıqlamasında demişdi ki, Mingəçevirdə yarımstansiyasında baş verən qəzaya görə işığın sönməsi nəticəsində xəstəxanaların işində problem yaranmayıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook