SON XƏBƏR

Səlim Müslümova vəzifə verilməsi xəbəri yalan çıxdı - AÇIQLAMA

Sentyabr 28
12:19 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a Milli Aviasiya Akademiyasından məlumat verilib. Bildirilib ki, eks-nazir sözügedən akademiyada saat hesabı ilə dərs keçir.

Qeyd edək ki, mətbuatda Səlim Müslümovun Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı xəbər yayılıb.

S.Müslümov iqtisad elmləri doktoru, professordur. 1987-ci ildə namizədlik, 2006-cı ildə isə (Kazanda, "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları” mövzusunda) doktorluq dissertasiyası müdafiə edib.

O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook