SON XƏBƏR

Səlim Müslümova daha bir təşəkkür məktubu

Noyabr 11
17:59 2017
Qlobal.az-da cari ilin oktyabr ayının 30-da "Nazirlik xərçəng xəstəsini get-gələ salıb - Şikayət" bağlı altında xəbər yayımlanmışdı. Xəbərdə Beyləqan rayon sakini Alışlı Rövşən Talış oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova xərçəng xəstəsi olduğu üçün əlillik dərəcəsi ala bilməməsindən şikayət edirdi. 
 
Bu gün (dünən-red) saytımızla əlaqə saxlayan şikayətçi Alışlı Rövşən Talış oğlu ƏƏSM nazirliyinin onun şikayətinə baxdığını və qısa zaman ərzində probleminin həll olunacağını dedi. Əmək və Əhalinin Sosial Müdafisəi naziri Səlim Müslümova minnətdarlıq edən Alışlı Rövşən onun probleminin işıqlandıran media nümayəndələrinə də təşəkkürünü bildirdi. 
 
P.S Qlobal.az İnformasiya Portalının kollektivi də vətəndaşın şikayətinə tez bir zamanda baxıldığına və həll olunduğuna görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov cənablarına təşəkkür edir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook