SON XƏBƏR

Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - Şikayət

Aprel 17
16:19 2019
Aprel ayının 15-də bəzi saytlarda "Şəki məhkəməsindən GÖZLƏNİLMƏZ QƏRAR - Maşınla adam öldürən və hadisə yerindən qaçan sürücü azadlıqda qaldı" başlıqlı yazı dərc edilmişdir. 
 
Şikayət üslubunda hazırlanan həmin yazıda şikayətçinin ad soyadı göstərilməməklə yanaşı, eyni zamanda qarşı tərəf olaraq bizim mövqeyimiz də öyrənilməyib. Ona görə də yayılan xəbər oxucularda yanlış fikir formalaşdırmaqla bərabər, həm də bizim mövqeyimizə xələl gətirir. 
 
Öncə onu qeyd edim ki, internet saytlarında qardaşım Qasımov Təvəkkül Qasım oğlunun azadlığa buraxılması barədə yayılan məlumatlar şayiədir.

Belə ki, bildirmək istəyirəm ki, qardaşım Təvəkkül Qasımov ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olma (CM-NİN 263.2-ci) və hadisə yerindən qaçma (CM-nin 264-cü) cinayət əməllərini törətməsi ilə təqsirli bilinmirdir. İnternet saytlarına verilmiş yazılardan da görünür ki, müəllif polisin və prokurorluğun mövqeyini əks etdirmişdir. Həmin vaxt qardaşım hadisənin törədilməsində şübhəli şəxs qismində cəlb edilsə də, hesab edirəm ki, o günahsızdır. Belə ki, həmin vaxt onunla eyni istiqamətdə iki avtomobilin olmasına və həmin avtomobillərin aşkar olunması ilə bağlı ərazidə lazimi qaydada kameraların olmasına baxmayaraq polis bu məsələlərin araşdırılması ilə bağlı heç bir hərəkət etməmişdir.
 
Bundan başqa tərəfimizdən dəfələrlə ölmüş şəxsin üzərindən keçən avtomobillə qardaşımın avtomobilinin təkərlərinin eyniləşdirilməsi barədə vəsatət verilməsinə baxmayaraq hələ də bu barədə heç bir qərar qəbul edilməmişdir. Nədənsə tərəfimizdən çox asanlıqla aşkar edilmiş kamera görüntüləri hələ də polis əməkdaşları tərəfindən əldə edilməmişdir. Əsas isə həmin kameraların yaddaşının bir günlük olduğu göstərilmişdir. Tərəfimizdən əldə olunmuş sübutlar polis tərəfindən nəzərə alınmadığından həmin görüntülər məhkəmə iclası zamanı təqdim ediləcəkdir. Hesab edirəm ki, bütün bu yazılar məhkəməyə təsir etmək deməkdir. Belə yazılar məhkəmələr tərəfindən ədalətin bərqərar olmasına imkan verməyən haldır.
 
Zərərçəkmiş tərəfindən heç bir şikayətin olmamasına baxmayaraq belə bir yazının yazılmasında kim maraqlı ola bilər?!

Qasımov Arif Qasım oğlu. AZE 07388352 
Təvəllüdü 20.01.1974
0506715178
 


Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook