SON XƏBƏR

Şəhriyar Məmmədyarov "Masters" turnirində daha bir heç-heçəyə imza atıb

Yanvar 27
04:02 2020
"Gibraltar International Chess 2020" beynəlxalq şahmat festivalının "Masters" turnirinin altıncı turunun oyunları keçirilib.

Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda hindistanlı Çopra Aryanla heç-heçə edib. Digər şahmatçımız Vasif Durarbəyli isə ispaniyalı Karlos Ibarra Jerez Joseyə məğlub olub.

Cəbəllütariqdə keçirilən beynəlxalq turnirin ötən altı turunda Ş.Məmmədyarov 4, V.Durarbəyli 3,5 xal toplayıb.

"Masters" turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook