SON XƏBƏR

Səhiyyədə "forma-26" "bazarı"

May 20
12:56 2019
Mehdiabad qəsəbəsinin həkim ambulatoriyasında "forma-26" adı altında rüşvət tüğyan edir. 
 
Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.
 
"Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən və iştirakı ilə rəsmi açılışı olan Mehdiabad həkim ambulatoriyası bu gün "bazara" çevrilib. Yeni tədris ilinin yaxınlaşdığına görə mövcud qanunvericiliyə uyğun olaraq ambulatoriyaya sağlamlıq arayışı almaq üçün müraciət edən insanların sayında xeyli sayda artım var. Ancaq ambulatoriyanın həkimləri işlərinə səhlənkar yanaşırlar. Ambulatoriyada oftalmoloqu, lor həkimini eyni vaxtda ambulatoriyada tapmaq övladına tibbi arayış almağa gəlmiş hər valideynə nəsib olmur. Sahə həkimlərindən isə danışmağa dəyməz. Gözləri valideynlərin əlindədir. Onları tibbi müayinə edəcəkləri uşaqlar yox, valideynlərin verəcəyi pul maraqlandırır. Bir uşağın tibbi arayışını almaq təxminən 30-40 manata başa gəlir".
 
Daha sonra qeyd olunur ki, Mehdiabad həkim ambulatoriyasındakı qanunsuzluqların başında baş həkim dayanır. 
 
"Məlum olduğu kimi şagirdlərdən orta məktəblərə təqdim etmək üçün tələb olunan tibbi arayışlarda sidik və nəcis analizlərinin verilməsi də mütləqdir. Mehdiabad ambulatoriyasında isə bu analizlərin götürülməsi üçün tibbi avadanlıqlar yoxdur. Ancaq necə deyərlər, baş həkim ambulatoriyadakı bu "yoxluqdan" var-dövlət qazanmağı bacarır. Belə ki, ambulatoriyada qan, göz, burun-boğaz analizləri verildikdən sonra valideynlərə sidik-nəcis analizlərinin alınması üçün yaxınlıqda yerləşən "Ülvi" adlı özəl klinikaya ya da Xırdalanda yerləşən poliklinikaya getmək məsləhət görülür. Bu isə həm vaxt itkisi, təbii ki, həm də əlavə xərc deməkdir. Xüsusən də "Ülvi" klinikası özəl olduğundan analizlərin qiyməti fərqlidir və olduqca bahadır. Belə olan təqdirdə isə əlacsız qalan valideynlərə onsuz da tibbi arayışlarda tələb olunan bu analizlərin formal olduğu xatırladılır və onlara tibbi arayışı doldura biləcəkləri təklifi verilir. Bunun isə qiyməti 15 manatdır. Mehdiabad qəsəbəsinin həkim ambulatoriyasında baş verənlərdən yəqin ki, Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovanın xəbəri yoxdur. Əks təqdirdə biz inanmırıq ki, Mehriban Qaralova 20-30 manata görə bu "bazara" göz yumsun".
 
Qarşı tərəf də mövqe bildirə bilər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook