SON XƏBƏR

Səhiyyə Nazirliyinin nümayəndələri Bakıda 4 xəstəxanada şikayətləri dinləyəcəklər

Aprel 29
09:45 2019
Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbuluna başlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nazirliyin səlahiyyətli şəxsləri bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşları qəbul edəcəklər.

Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook