SON XƏBƏR

Səhiyyə Nazirliyi: Qobustandakı ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır

Oktyabr 18
15:31 2017
Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır.
 
Bu barədə "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
 
Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının dördüncü hamiləliyi olub: "Bundan əvvəl də həmin qadının bir körpəsi tələf olub. Bu dəfə isə doğuşdan sonra ananın halı anidən pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün tibbi ekspertiza aparılır. Səbəb məlum olduqdan sonra ətraflı məlumat veriləcək”.
 
Xatırladaq ki, hadisə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Mərhumun iki qızı olub. Yeni doğulan oğlan isə sağ qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook