SON XƏBƏR

Səhiyyə naziri: “Azərbaycanda 500 nəfərə böyrək köçürülüb”

Fevral 07
00:09 2018
Ölkədə transplantologiya inkişaf edir. Vətəndaşlar artıq əməliyyat üçün xaricə getmək zərurətindən azad ediliblər. İndiyə kimi 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köcürülüb. Bu qrup insanlar zəruri qayğı ilə əhatə ediliblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, bunu nazir Oqtay Şirəliyev Nazirlikdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda deyib. Nazir bildirib ki,Təcili yardıma müraciətlər son illər iki dəfəyə yaxın artıb: "Təcili yardıma 1000-ə yaxın avtomobil təqdim edilib. Sanaviasiya xidməti göstərilir, zəruri hallarda vətəndaşlara regionlarda, yerlərdə Bakıdan ezam edilən mütəxəssislər tərəfindən xidmət təqdim edilir. Hər il, ölkə başçısının tapşırığı ilə, əhalinin kütləvi müayinəsi həyata keçirilir. 6 milyona yaxın insan bu müayinələrə cəlb olunub”.

Nazir əlavə edib ki, Milli Onkologiya Mərkəzi, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və digər müəssisələr zəruri avadanlıqlarla təchiz edilib: "Ölkəyə xarici qonaqlar səfər edən zaman qeyd edirlər ki, hətta bir sıra aparıcı tanınmış tibb mərkəzlərində bu avadanlıqlar yoxdur”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook