SON XƏBƏR

Şəhidin dəfnində izdiham yaşandı: 500-dən çox avtomobil - VİDEO

Mart 04
13:37 2017
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş baş leytenant Haşımlı Tural Əbdül oğlunun nəşinin Naxçıvanda dəfni zamanı izdiham yaşanıb.

Qlobal.az avtosfer.az-a istinadən xəbər verir ki, dəfn mərasiminin görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyən hər kəs qürur hissi keçirib.

Şəhidin dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Naxçıvan MR ali məclisinin deputatları, Ordubad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və minlərlə rayon sakini iştirak edib. Dəfn mərasimində minlərlə insan "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarlarını səsləndirərək Ordubadın igid oğlunun xatirəsinə ehtiramlarını bildiriblər. Dəfn karvanını 500-dən çox avtomobil müşaiyət edib.

Allah rəhmət eləsin!
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook