SON XƏBƏR

Şəhid atası, rayon Ağsaqqallar Şurasının sədri, «Tərəqqi» medallı İmanov Beydulla Niftulla oğlunun anadan olmasının 80 illiyi qeyd edilib

Dekabr 04
13:31 2019
03 dekabr 2019-cu il tarixində rayon İcra hakimiyyətində şərəfli ömür yolu keçmiş şəhid atası, rayon Ağsaqqallar Şurasının sədri, «Tərəqqi» medallı İmanov Beydulla Niftulla oğlunun anadan olmasının 80 illiyi münasibətilə tədbir keçirilmişdir.

Qlobal.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Beydulla İmanovun  keçdiyi şərəfli ömür yolundan və rayonun ictimai həyatındakı fəaliyyətindən geniş söz açmış, yubiley münasibətilə onu ürəkdən təbrik etmişdir. Rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin və yubilyarın ailə üzvlərinin iştirak etdiyi tədbirdə onun həyat və fəaliyyətinə geniş nəzər yetirilmiş, edilən çıxışlarda onunla bağlı xatirələr diqqətə çatdırılmış, rayonun ictimai həyatında göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir.  
 
Tədbirin sonunda B.İmanova rayon İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunmuşdur. 
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook