SON XƏBƏR

Şəhid ailəsi Qazaxdan didərgin düşüb

Mart 28
10:19 2017
Qarabağ uğrunda gedən döyüşlər zamanı 1994-cü ildə həyat yoldaşı şəhid olan, hazırda Qazax şəhərı N. Nərimanov qəsəbəsi 10 nömrəli evdə qeydiyyatda olan Hacıyeva Sarabəyim Əhəd qızı əsassız təzyiqlərə görə isti yeri soyuq edilib. Bəs hadisəyə səbəb nədir?
 
Hələ Qazax Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Rauf Hüseynovun dövründə N.Nərimanov qəsəbəsində (SU-15) yerləşən göz xəstəxanası pərakəndə yerlərə köçürülərək boşaldlıb. Başda Rauf Hüseynov olmaqla Qazax şəhər mənzil istismar idarəsinin xətti ilə həmin xəstəxana binası təxminən 7-8 nəfərə satılıb. Necə ki, Qazax şəhərində "Gilliyin binası” deyilən yerdə evləri qəzalı vəziyyətdə olan vətəndaşlara tikilən binanın elə Qazax rayon icra hakimiyyətinin bir neçə məmurlarına satıldığı kimi...
 
Göz xəstəxanasındakı tibb otaqları mənzillərə çevrilərək satılarkən şəhidin həyat yoldaşı Sarabəyim Hacıyeva vasitəçilik edərək, sadəcə mənzillərə müştəri tapıb. İş elə gətirir ki, hazırkı icra başçısı Rəcəb Babaşovun zamanında Sarabəyim Hacıyeva mənzil alarkən vasitəçilk etdiyi bir nəfərlə mübahisə edir. İş icra hakimiyyətinə kimi gedib çıxır. Göz xəstəxanasında yerləşən otaqların vətəndaşlara paylanmasında Sarabəyim Hacıyevanın da adı hallanır. Rayon rəhbəri məsənin araşdırılmasını hüquq-mühafizə orqanlarına tapşırır. Rayon prokuroru Əlirza Babayev də Sarabəyim Hacıyevanı yanına çağıraraq onu dələduz kimi tutacağı ilə hədələyir. Elə həmin gündən də şəhid ailəsi, eyni zamanda 2-ci qrup əlil qorxusundan Bakıya qaçmalı olur.
 
Bu gün vaxtilə göz xəstəxanası adlanan binada artıq sadə vətəndaşlar yaşayır. Həmin hadisədən də 8 ildən artıq vaxt keçir. Məsələ barədə Qazax RİH-nin başçısı Rəcəb Babaşova da aydınlıq gətirilib. Bəs Sarabəyim onda niyə Bakıya qaçıb?
 
Xanımın dediyinə görə, o günahsız olması barədə Qazax Rayon Prokuroru Əlirza Babayevlə sərt danışaraq haqqını müdafiə edib. Şəhid ailəsinin bu danışığı prokurora müsbət təsir etməyib. Nəticədə onu tutacağı ilə hədələyib.
 
Məslənin məğzinə gəldikdə burada 2 nüyans narahatçılıq doğurur. Əvvəla, Sarabəyim Hacıyeva kimidir ki, göz xəstəxanasının binasını satır? Möhrü yox, ştampı yox. Yəni məsul şəxs deyil. İkincisi bu toirpaq, bu vətən üçün canını vermiş bir şəhidin həyat yoldaşı bu gün isti ev-eşiyini qoyub xırda bir məsələ üçün nəyə görə Bakıya qaçmalıdı? Yəqin Sarabəyim xanımın, eyni zamanda 2-qrup əlil olması da unudulub.
 
Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.
 
Mövzuya qayıdacağıq.
İlkin Baxış.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook