SON XƏBƏR

Səfiri öldürənin harada dəfn ediləcəyi bəlli oldu

Yanvar 12
12:51 2017
Ötən il Ankarada Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mərt Mövlud Altıntaşın dəfn ediləcəyi yer bəlli olub.
 
Səfiri öldürdükdən sonra polislər tərəfindən güllələnən Altıntaşın cəsədi 24 gündür ki, Məhkəmə Tibbi Ekspertizasının morqunda saxlanılır. Ailə üzvləri və yaxınları onun meyitini götürmək istəmirlər.
 
Bu səbəbdən Məhkəmə Tibbi Ekspertizası dəfn üçün bələdiyyəyə yazılı müraciət ünvanlayıb. Bildirilir ki, Mərt Mövlud Altıntaşın cənazəsi bələdiyyəyə təhvil verildikdən sonra, o, kimsəsizlər qəbristanlığında dəfn ediləcək.(qafqazinfo)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook