SON XƏBƏR

Səfir: Yaponiyanın "Skripal işi"nə görə G7-dəki mövqeyi Rusiya ilə münasibətlərə zərərdir

Aprel 25
09:22 2018
Yaponiyanın Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın və qızı Yuliyanın zəhərlənməsi işinə görə G7-dəki mövqeyi Moskva ilə Tokio arasında münasibətlərə ciddi zərər vuracaq.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NHK" telekanalına müsahibəsində Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin bildirib.
 
"Başa düşmürəm, Yaponiya niyə Britaniya və digər ölkələrin Rusiya əleyhinə iddiasını dəstəkləyib? Bu, Rusiya və Yaponiya münasibətləri üçün böyük zərərdir", - deyə səfir bildirib.
 
Qaluzin həmçinin Yaponiya-ABŞ alyansının Moskva və Vaşinqton arasında münasibətlərin pisləşməsi şəraitində Rusiya-Yaponiya əməkdaşlığının inkişafı üçün maneə olduğunu deyib.
 
"Biz ABŞ-ın Rusiya barəsində düşməncəsinə siyasəti həyata keçirməsini böyük təəssüflə görməyə bilmərik", - deyə səfir əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook