SON XƏBƏR

Səfir Rəşad Məmmədov Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb

Fevral 18
22:23 2017
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin mədəniyyət və idman naziri Arıstanbek Muxameduli ilə görüşüb.
 
Görüşdə Azərbaycan və Qazaxıstan arasında yüksək səviyyəli əlaqələrdən danışılıb və mədəniyyət, turizm və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Sözügedən sahələrdə əməkdaşlığın ortaq köklərə mənsub xalqlarımızın daha da yaxınlaşmasına xidmət etməsi qeyd edilib və mədəni dəyərlərimiz qorunub saxlanılaraq gələcək nəsillərə ötürməsində misilsiz rol oynaması vurğulanıb. Bu baxımdan türk xalqlarının tarixi-mədəni miraslarının YUNESKO-nun qeyri-maddi Mədəni İrsi siyahısına salınması sahəsində türkdilli ölkələrin birgə səyləri nəticəsində əldə edilən uğurlara toxunulmuş və "Türksoy”, "Beynəlxalq Türk Akademiyası”, "Türk mədəniyyəti və irsi fondu” çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb. Almatı Universiadasının uğurlu təşkil edilməsi ilə bağlı Səfir qarşı tərəfi təbrik edib və Azərbaycan tərəfinin cari ildə Astanada keçiriləcək "Astana Expo-2017” sərgisində ən gözəl pavilyondan birini yaratmada iddialı olması barədə məlumat verib.
 
Həmçinin, "Astana Expo-2017” sərgisi çərçivəsində ölkəmizin milli günündə çıxış etmək üçün Azərbaycan mədəniyyət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyətinin Astanaya səfər edəcəyi təqdirdə, fürsətdən istifadə edərək Astanada Azərbaycan mədəniyyəti gününün keçirilməsinin mümkünlüyü vurğulanıb və nazir bununla bağlı lazımi şəraitin yaradılacağını bildirib. Cari ildə ölkəmizdə keçiriləcək "Baku Formula 1” və "İslam Həmrəyliyi oyunları” zamanı Qazaxıstan turistləri görməkdən Azərbaycan tərəfinin məmnun olacağı bildirilib.
 
"Bakı Formula 1”, "İslam Həmrəyliyi oyunları” və "Astana Expo-2017” ilə bağlı yay aylarında ölkələrimizə çoxlu sayda turistlərin səfər edəcəyini nəzərə alaraq, turistlərə münasibətdə birgə turizm paketlərinin hazırlanacağı təqdirdə, onların ölkələrimizə daha böyük sayda axınına təkan verilə biləcəyi vurğulanıb.
 
Bu istiqamətdə əməkdaşlığa maraq olacağı təqdirdə ilkin mərhələdə çinli, ərəb, iranlı turistlərə yönəlik müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib. Birgə turizm paketinin hazırlanması istiqamətində hər iki ölkənin turizm şirkətlərinin təşviq edilməsi üçün müvafiq qurumların əməkdaşlığa başlaması təklif edilib.
 
Sonra tərəflər arasında işğal altındakı ərazilərimizə qanunsuz turist səfərlərinin təşviq edilməsinin qarşısının alınması ətrafında söhbət aparılıb.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook