SON XƏBƏR

Səfir Qüdsi Osmanovun “Qarabağda ekoloji fəlakət" adlı bəyanatı Moldova mətbuatında dərc olunub

Noyabr 20
15:52 2020
Moldovanın bir sıra nüfuzlu xəbər portallarında Azərbaycanın bu ölkədəki Səfiri Qüdsi Osmanovun "Qarabağda ekoloji fəlakət" adlı bəyanatı dərc olunub. 

Yazıda qeyd olunur ki, son günlərdə Kəlbəcərdən çəkilən görüntülər bütün dünyanı təəccübləndirir, ermənilər oradan ayrılmazdan əvvəl yol boyu evləri, dükanları, məktəbləri, xəstəxanaları yandırır və götürülə biləcək hər şeyi, nəinki pəncərəni, qapını, unitazı, mebeli, mal qaraları hətta elektrik xətləri və dirəklərini özləri ilə aparırlar. Moldova KiV-də geniş yayılan bəyanatda bildirilir ki, Ermənistan Qarabağdakı ekoloji fəlakətə, Kəlbəcər rayonundakı meşələrin yandırılması və ağacların kütləvi şəkildə kəsilməsinə görə Azərbaycanın bu ərazisini tərk etməzdən əvvəl cavab verməlidir. "Nə qədər təcavüzkar olsa da, bu bir şəkildə mülkiyyət hissi ilə izah edilə bilər, baxmayaraq ki, oradakı bütün binalar keçən əsrin 90-cı illərində qovduqları azərbaycanlılardan qalmışdır. Bəs meşələrin yandırılması və ağacların kütləvi şəkildə kəsilməsini necə izah etmək olar? Bu mülkiyyət hissi deyil, vandalizm, ekoloji terror və soyqırım anlayışı burada daha uyğundur, çünki söhbət canlı təbiətdən gedir" - deyə Qudsi Osmanov vurğulayır. O, həmçinin bunun necə edildiyinə dair video və fotoların tanınmış erməni KİV-ləri tərəfindən yayımlandığına, bu hərəkətləri öz nəşrlərində əsaslandırdıqlarına və məqalələrin altında bir çox üsyankar şərhlərin yer almasına da təəccübləndiyini bildirir. 

Bundan əlavə məqalədə qeyd edilir ki, Kəlbəcər rayonu Dağlıq Qarabağda son günlər erməni vandalizminə məruz qalan yeganə yer deyil. Laçın və Ağdam rayonlarında evlər, mağazalar və digər binalar da yandırılır. Əvvəllər orada məscidlər və qəbiristanlıqlar dağıdılıb, müsəlman qəbirləri alçaldılıb. Demək olar ki, hər şey məhv edilib. 

Həmçinin yazıda vurğulanır ki, Azərbaycan bununla bağlı artıq müvafiq beynəlxalq təşkilatlara müraciət edib, ermənilərin Qarabağ, Kəlbəcər bölgəsində törətdikləri ekoloji terror aktlarına dərhal cavab verilməsi, bütün bölgəyə təsir edəcək və qlobal miqyasda geri qaytarılmaz ekoloji nəticələri olan vəhşi hərəkətlərini qiymətləndirmək tələb olunub. 

"Əlbətdə ki, Ermənistan bütün 30 illik işğal ərzində və bu gün barışıqdan sonra Azərbaycan ərazilərində insanlığa, təbiətə və mülkiyyətə qarşı törətdiyi cinayətlərə görə cavabdeh olmalıdır. Ermənistan tərəfindən Azərbaycan tarixi abidələrinin məhv edilməsi, qiymətli ağac növlərinin kəsilməsi, meşələrin yandırılması birbaşa 1954-cü il Haaqa Konvensiyası, 1992-ci il Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyası və 1972-ci il Dünya mədəni və təbii irsin qorunmasına dair YUNESKO Konvensiyasının tələblərinə ziddir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan beynəlxalq mütəxəssislərin köməyi ilə ölkəyə dəyən bütün zərərləri hesablayacaq və Ermənistandan hər şey üçün təzminat tələb edəcək. Həmçinin Azərbaycan tərəfi ümid edir ki, dünya ictimaiyyəti bu həqiqətə lazımi diqqət yetirəcək və erməni vandallarının dayandırılmasına və cəzalandırılmasına kömək edəcək " - deyə yazıda bildirilir. 

Yazı ilə ətraflı aşağıdakı linlklərdə tanış olmaq mümkündür: 

https://noi.md/ru/v-mire/zayavlenie-v-karabahe-jekologicheskaya-katastrofa

https://deschide.md/ru/russian_news/externe_ru/75711/%D0%97%D0%B0%D1%8F%D0%B2%D0%BB%D0%B5%D0%BD%D0%B8%D0%B5-%D0%92-%D0%9A%D0%B0%D1%80%D0%B0%D0%B1%D0%B0%D1%85%D0%B5---%D1%8D%D0%BA%D0%BE%D0%BB%D0%BE%D0%B3%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B0%D1%8F-%D0%BA%D0%B0%D1%82%D0%B0%D1%81%D1%82%D1%80%D0%BE%D1%84%D0%B0.htm

https://www.ipn.md/ru/massovaya-vyrubka-derevev-v-kelbadzhare-armyanskiy-ekologicheskiy-terror-i-genot-7542_1077775.html

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook