SON XƏBƏR

Səfir Karlovun qatilinin telefonunun şifrəsinin sındırılması göstərişi verildi

Dekabr 20
14:04 2017
Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlova qarşı sui-qəsdlə bağlı aparılan araşdırma çərçivəsində Ankaraya gələn Rusiya nümayəndə heyəti dünən Baş Prokurorluqda toplantı keçirib.
 
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən kritik toplantıda əldə olan sənədlərə görə sui-qəsdin FETÖ tərəfindən törədildiyi açıqlanıb.
Prokorurluq və polis təmsilçilərinin də qatıldığı toplantıda Karlov sui-qəsdinin arxasındakı güclərlə bağlı dəyərləndirmə aparılıb. Baş prokurorluq təmsilçiləri rus heyətinə iki ölkə arasındakı münasibətləri pozmaq üçün Karlova sui-qəsd təşkil edildiyini və hücumun arxasında FETÖ-nün olduğunu ifadə edib.
 
Rusiya nümayəndə heyəti də "Sui-qəsdin FETÖ-nün işi olduğu qənaətinə gəldik. Arxasında ABŞ var”, dəyərləndirməsini edib.
 
Rusiya təmsilçiləri Karlov sui-qəsdi ilə bağlı ilkin istintaq çərçivəsində cinayəti törədən Mövlud Mərd Altıntaşın gerçəkləşdirdiyi hücumdan öncəsinə aid e-mail mesajlarının silindiyini açıqlayıblar. Altıntaşın kompüterində "Fətullah Gülən” başlıqlı 1, "Hizmət” adlı 690, "FETÖ” adlı 4, "Nur camaatı” adlı 1 qovluğun silindiyi müəyyən edilib. Cinayətkarın özünü gizləmək üçün büründüyü "əl-Qaida, ən-Nusra və İŞİD” kimi silahlı qruplaşmalarının adlarının da hard diskdən arandığı, ancaq tapılmadığı ortaya çıxıb.
 
FETÖ üzvü Altıntaşa aid telefonun şifrəsinin sındırılması üçün çalışmalara başlandığı barədə məlumat verilir. Dörd xanalı, həm hərf, həm də rəqəmdən ibarət olan Türkyədə qırılması mümkün olmayan şifrə üçün prezident Rəcəb Tayyib Ərdoğan istintaqı aparan məsul şəxslərə təlimat verdiyi bildirilir. Prezident, dəyəri nə olur, olsun, şifrənin qırılması üçün göstəriş verib. İsrailə aid olan şirkətin Altıntaşın telefonunun şifrəsini sındırmaq üçün 20 min dollar tələb etməsi və telefonu xaricə aparılmasını istədiyindən bu işin görülməsi bir hind firmasına həvalə edilib.
 
Hind firmasının telefonu ölkədən çıxarmadan Türkiyədə gərəkli işləri görə biləcəyini açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook