SON XƏBƏR

Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Sentyabr 12
00:23 2018
"Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bizi bir çox amillər, həmçinin İslam dini birləşdirir".

"Report" xəbər verir ki, bu fikirləri İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fanani ölkəsinin müstəqilliyinin 73-cü ildönümü ilə əlaqədar Bakıda keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, hər iki ölkə bir çox sahələrdə sıx əməkdaşlıq edir: "Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi və mədəni əlaqələr gündən-günə artır. Belə ki, 2015-2016-cı illərdə iki ölkə arasında ticarət dövriyyəsi 400% artıb. Eyni rəqəmi turist axını ilə bağlı da demək olar. Digər tərəfdən, İndoneziya beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev isə iki ölkə arasında mövcud olan sıx əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib: "Belə ki, mədəniyyət sahəsində əlaqələrimiz ildən-ilə artır. Artıq bir neçə ildir ki, ənənəvi olaraq, Azərbaycanda İndoneziya mədəniyyəti günləri keçirilir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi yarım milyard dollar təşkil edib. Biz həmçinin siyasi baxımdan bir-birimizi bütün beynəlxalq platformalarda dəstəkləyir, əksər məsələlər üzrə eyni mövqedən çıxış edirik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook