SON XƏBƏR

Səfir Elçin Əmirbəyovun RADİO CLASSİQUE-e müsahibəsi

Aprel 09
20:48 2016
Jurnalist– Səhər saat 7:50-dir. Bu səhər qonağımız Azərbaycanın Fransadakı Səfiri cənab Elçin Əmirbəyovdur. Sabahınız xeyir olsun Cənab Səfir. 80-dən çox insanın ölümünə səbəb olan dörd günlük intensiv döyüşlərdən sonra Dağlıq Qarabağda hər an pozula biləcək sakitlik hökm sürür. Dağlıq Qarabağ ermənilərin məskunlaşdığı, Ermənistan tərəfindən dəstəklənən və Azərbaycanın daxilində yerləşən öz müstəqilliyini elan etmiş respublikadır. 1990-cı illərin əvvəllərində münaqişə 30 000 insanın ölümünə səbəb oldu və yüz minlərlə şəxsın qaçqına çevrilməsinə gətirib çıxardı. Ermənilər Dağlıq Qarabağa tanklarla və helikopterlərlə hücum edərək aranı yenidən qızışdırdığınıza görə sizi, Azərbaycanı ittiham edir və günahlandırır. Buna nə cavab verərdiniz?
 
Səfir – İlk öncə dəvətinizə görə təşəkkür edirəm. Cavabıma Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu bildirməklə başlamaq lazımdır. Bu, azərbaycanlıların məskunlaşdığı tarixi Azərbaycan torpağıdır.  Amma...
 
Jurnalist – Amma bu gün orada ermənilər əksəriyyət təşkil edir?!
 
Səfir – Amma bu gün sadəcə əksəriyyət deyil, 1990-cı illərin əvvəllərində Ermənistan Respublikasının silahlı qüvvələrinin aparmış olduğu etnik təmizləmə üzündən ora 100% ermənilərdən ibarətdir və bu etnik təmizləmə siyasətinin kulminasiya nöqtəsi 26 fevral 1992-ci ildə həyata keçirilmiş Xocalı soyqırımıdır. Azərbaycan mənşəli 613 insan, qadınlar, kişilər, yaşlılar sadəcə azərbaycanlı olduqları üçün soyqırıma uğradılar. Buna görə də bu, soyqırım aktıdır və təbii ki, bu gün sadəcə Dağlıq Qarabağda deyil həmçinin 7 ətraf rayonda da azərbaycanlı yoxdur. Bu rayonlar bu gün ordunun nəzarəti altındadır. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlarımızın təxminən 20%-i de fakto olaraq Ermənistanın nəzarəti altındadır.
 
Jurnalist – Amma ermənilər Dağlıq-Qarabağa hücüm etdiyiniz üçün sizi günahlandırır və ittiham edir...
 
Səfir – Bilirsiniz, təəssüflə bildirməliyəm ki, Ermənistanın aprelin 2-də atəşkəsi pozub.   Onlar intensiv atəş açaraq bu dəfə bütün təmas xətti boyu ağır texnikadan istifadə ediblər.
 
Jurnalist – Deməli, onların başladığını və hücum etdiyini söyləyirsiniz?
 
Səfir – Onlar sadəcə başlamadılar. Onlar mülki infrastruktur obyektlərini hədəf aldılar.  Yəni onlar xəstəxanalara, məktəblərə və kəndlərə hücum etdilər.  Çünki təmas xəttinin bu tayında dinc əhali və onların məskunlaşdığı qəsəbələr, kəndlər var. Onlar iki dinc sakini qətlə yetirdilər və digər on nəfərini isə ağır şəkildə yaraladılar.  Sonra isə Azərbaycan cavab tədbirləri görməli oldu. Lakin insanı vahimələndirən odur ki, Ermənistan bütün dünyadakı və həmçinin Fransadakı lobbisi vasitəsilə bu hadisələrlə bağlı mediada və xaricdəki siyası dairələrdə genişmiqyaslı dezinformasiya kampaniysına başladı. Hər zaman olduğu kimi günahı Azərbaycanın üstünə atmağa və özünü həmişə olduğu kimi bu hücumun qurbanı kimi göstərməyə çalışdı. Amma yerlərdəki faktlar Azərbaycanın cavab verməsindən öncə Azərbaycan tərəfdən qurbanların olduğunu sizə sözləyir və butün bunlar bizim ərazimizdə törədilib.
 
Jurnalist – Başa düşdük. Hər kəs günahı o birinin üstünə atır. Amma sual yaranır. 30 000 insanın ölümünə səbəb olmuş müharibədən sonra, 1994-cü il savaşından sonra heç bir sülh müqaviləsi imzalanmadı? Demokratiya, din azadlığı, mədəniyyət azadlıği istəklərini önə çəkən Dağlıq Qarabağa niyə müstəqillik verməkdən imtina edirsiniz?
 
Səfir – İlk öncə vəziyyətin kəskinləşməsinin və münaqişənin həll edilməməsinin səbəbindən başlamaq istərdim. Bütün bunların əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin orada qanunsuz olmasıdır.  Bu Ermənistan qüvvələri Azərbaycan ərazilərində olmamalıdırlar. Niyə onlara müstəqillik vermirik? Niyə İspaniya basklara müstəqillik vermir? Niyə vaxtında müstəqillik tələb etmiş ərazilər müstəqillik əldə edə bilmədi?
 
Jurnalist – Siz Azərbaycanın bütövlüyünü müdafiə edirsiniz?
 
Səfir – Sadəcə Azərbaycanın səfiri kimi deyil. Beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə riayət edilməli olduğunu söylədiyini düşünürəm. Eyni zamanda xalqların öz müqəddaratını təyin etmə hüququ da tanınır. Amma, bildiyiniz kimi ATƏT-in Helsinki Yekun Aktında hər bir halda  öz müqəddaratını təyin etmə hüququnun ərazi bütövlüyünə xələl gətirməsi halında tətbiq edilə bilməyəcəyi aydın şəkildə bildirilib.
 
Jurnalist – Təəssüflər olsun ki, zamanımız azdır. Bu vəziyyətdən necə çıxmalı?  Münaqişənin regional münqaişəyə çevrilməsinin qarşısını necə almaq olar? Qeyd etmək lazımdır ki, Türkiyə Azərbaycanı dəstəkləyir və Rusiya da ənənəvi olaraq Ermənistanın yanındadır.
 
Səfir – Öncə onu deməliyəm ki, bu münaqişədən çıxmaq üçün Azərbaycan ərazilərinin işğalı məsələsindən başlamaq lazımdır. Hal-hazırda ərazilərin 20%-də olan Ermənistan Respublikasının silahlı qüvvələrinin geri çəkilməsindən başlamaq lazımdır.  Hər iki tərəfdən olan məcburi köçkünlərin yurdlarına dönmələrinə icazə vermək, Ermənistan və Azərbaycan arasında kommunikasiya yollarını yenidən açmaq və bu gün mövcud olmayan inamı bərpa etməyə çalışmaq lazımdır. Amma bunun üçün ilk addım həqiqədən də Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan ərazilərindən geri çəkilməsidir.
 
Jurnalist – Danışıqlar da aparmaq lazımdır?
 
Səfir – Əlbəttə, danışıqlar aparmağa hazırıq. Amma təəssüflər olsun ki, elan edilmş bu atəşkəsdən sonra belə ermənilər Azərbaycanın mövqelərini atəşə tutmağa davam edirlər. Bu heç də yaxşı işarət deyil. 
 
Jurnalist – Azərbaycanın Fransadakı səfiri cənab Elçin Əmirbəyov, sizə təşəkkür edirəm.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook