SON XƏBƏR

Səfir: Bizim ölkədə məscidlər və sinaqoqlar eyni küçədə yerləşir

Aprel 27
21:53 2017
Argentinanın "Agencia AJN” xəbər agentliyinin elektron portalında Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovun "Bizim ölkəmizdə məscidlər və sinaqoqlar eyni küçədə yerləşir” başlıqlı məqalə dərc olunub.
 
Xarici İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, məqalədə, əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi Azərbaycanda müsəlmanlarla yanaşı yəhudilər, pravoslavlar və katoliklərin mehribanıq və dostluq şəraitində yaşadıqları, Azərbaycan əhalisinin digər dinlərə etiqad edən şəxslərə qarşı hər zaman tolerant olduğu və məscidlərlə yanaşı sinaqoqlara, kilsələrə də hökumət tərəfindən maddi dəstəyin göstərildiyi qeyd olunub.
 
Habelə məqalədə qeyd edilir ki, XVIII əsrdən etibarən 4 minə yaxın dağ yəhudilərinin sıx məskunlaşdığı "Qırmızı Qəsəbə”də uzun illərdir yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan dinlərə fərq qoymadan digər icmalara münasibətinə görə dünya ölkələrinə nümunə ola bilər.
 
Məqalədə R.Aslanov tolerantlığın Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edərək, hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma müxtəlif ölkələrdən çoxsayli nümayəndə heyətinin gəldiyini vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook