SON XƏBƏR

Səfir: "Belarus Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır"

May 09
15:26 2017
"Belarus Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, hər iki xalqın rifahı naminə həllinin tərəfdarıdır”. 

Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib.

"İstərdik ki, qanayan yara sayılan Dağlıq Qarabağ münaqişəsi həllini tapsın, bir daha qan tökülməsin, kimsə ölməsin. Qələbə günü münasibətilə keçirilən tədbirlərdə İkinci Dünya Müharibəsi veteranları ilə yanaşı, Qarabağ müharibəsi iştirakçıları da iştirak edirdi. Arzumuz budur ki, münaqişə dinc yolla həll olunsun” - deyə, səfir əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook