SON XƏBƏR

Sədərəkdə ekstremal idman yürüşü üzrə rayon birinciliyinə yekun vurulub

Noyabr 06
15:49 2017
Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Sədərək rayon bölməsinin təşkilatçılığı ilə keçirilən ekstremal idman yürüşü üzrə Sədərək rayon birinciliyi başa çatıb.
 
"Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə iştirakçılar "Heydər bulağından” Heydərabad qəsəbəsi istiqamətində 3 kilometr məsafəni qət ediblər.
 
Yarışda 90 yeniyetmə və gənc iştirak edib. Oğlanlar arasında Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Əli Seyidzadə finiş xəttinə hamıdan tez çatıb.
 
Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Yasin Səlimzadə ikinci, bu məktəbin digər şagirdi Vüsal Salahov üçüncü olublar.
 
Qızlar arasında ilk üç pillənin sahibləri isə Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdləri Şəbnəm Mustafazadə, Nurtac Həbibzadə və Dilbər Dünyamalıyeva olublar.
 
Sonda yarışın qalibləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook