SON XƏBƏR

“Sədərək” Ticarət Mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)

Noyabr 16
13:23 2018
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın söndürülüb.
 
**** 

"Sədərək” Ticarət Mərkəzində yanğın başlayıb. 

Oxu.Az xəbər verir ki, yanğının Yeni il malları satılan anbarda başladığı bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb olunub. Hazırda yanğının qarşısı alınır. Yanğın nəticəsində bir neçə mağazanın anbarına ziyan dəyib. 

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook