SON XƏBƏR

Sədaqət Vəliyeva: Ulu Öndər uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb

Dekabr 13
14:48 2017
"Ümummilli lider Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı bütün dövrlərdə bəhrəsini verib. Ulu öndər Heydər Əliyevin bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilmişdi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilmiş, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirilmişdi. Bu, deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixi olmuşdu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
 
Sədaqət Vəliyeva bildirib ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında ölkəmiz 1993-2003-cü illərdə də özünün möhtəşəm müstəqil dövlət quruculuğu salnaməsini yaratmışdı: "Ulu Öndər Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızda yaratdığı sosial-iqtisadi potensialı müstəqil Azərbaycan dövlətinin dirçəlməsi naminə uğurla istifadə edib. Azərbaycan Heydər Əliyevin liderliyində Qurtuluş mübarizəsini qalibiyyətlə başa vuraraq müasir, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun inkişafından hüquqi-siyasi, sosial-iqtisadi və elmi-mədəni inkişaf dövrünə qədəm qoyub”.
 
"Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyev uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb” – deyən Sədaqət Vəliyeva bildirib ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook