SON XƏBƏR

Seçki kampaniyası üçün yığılan pullar Trampın otel, restoran və klublarına xərclənir

Aprel 18
16:27 2017
Donald Trampın prezident seçilməsi anından bu yana ABŞ-ın Respublikaçılar partiyasının üzvləri 2020-ci ildə keçiriləcək seçki kampaniyası üçün 42 milyon dollar toplayıblar.
 
Avropa.info xəbər verir ki, "The Wall Street Journal” qəzetinin yazdığına görə, son üç ayda ianə fondundan artıq 6 milyon dollar pul xərclənib. Bu pullardan 500 min dollar Trampın restoran, otel və qolf-klublarına gedib.
 
ABŞ Federal Seçki Komissiyasının hesabatına əsasən 59 min dollar Trampın Florida ştatında yerləşən "International Golf Club” qolf klubuna, 14 min dollar Las-Veqasda yerləşən "Trump International Hotel”ə, 274 min dollar isə "Trump Tower”ə xərclənib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook