SON XƏBƏR

Sarkisyan İtaliyadan qayıtdı və Qarabağa gəldi

Avqust 09
10:54 2018
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İtaliyadan Ermənistana qayıdıb.

Xəbəri "Joxovurd” qəzeti yayıb. Qəzet Sarkisyanın Yerevandan birbaşa Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə gəldiyini bildirib. Onun artıq 3 gündür Xankəndində olduğu vurğulanıb.

S.Sarkisyanın mətbuat xidməti isə onun İtaliyadan Ermənistana bir həftə əvvəl qayıtdığını söyləyib. Sabiq prezidentin orada 10 gün istirahət etdiyi bildirilir.

Qeyd edək ki, S.Sarkisyanın qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook