SON XƏBƏR

Şamaxı Astrofizika Rəsədxanası Şeyxin idarəsinə verilir- Təfsilat

Yanvar 17
00:08 2017
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası Qafqaz Müsəlmanları idarəsinin balansına verilən bilər. 
 
Bu barədə Qlobal.az-a etibarlı mənbədən məlumat verilib. 
 
Məlumata görə, son illər dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq heç bir ciddi elmi uğur əldə edə bilməyən AMEA-da yaxın zamanlarda köklü islahatlar həyata keçiriləcək. Elmi idarələrin, labaratoriyaların bəzilərinin hərraca çıxarılacağı, bəzilərinin isə digər dövlət strukturlarının tabeçiliyinə veriləcəyi gözlənilir. 
 
Əldə etdiyimiz məlumata görə, başqa strukturun tabeçiliyinə veriləcək ilk müəssələrdən biri də Şamaxı Astrofizika Rəsədxanası olacaq. Belə ki, onsuz da son illər rəsədxananın işi ancaq Ramazan bayramı, Qurban bayramı və digər dini mərasimlərin başlanması ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinə və Nazirlər kabinetinə məlumat verməkən ibarətdir. Deyilənə görə, qapalı kluarlarda indiyədək bir neçə dəfə səslənən bu təklifə AMEA-nın rəhbəri loyal münasibət bəsləyib. Ancaq təklif digər rəhbər şəxslərin sərt etirazına səbəb olub. 
 
Qeyd olunur ki, AMEA rəhbərinin səslənən təklifə loyal münasibət sərgiləməsi QMİ sədrinə olan şəxsi münasibətindən qaynaqlanır. 
 
İş vaxtı olmadığına görə məsələyə aidiyyatı olan şəxslərdən münasibət öyrənə bilmədik.
 
Mövzunu diqqətdə saxlayacağıq. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook