SON XƏBƏR

Salyanlı şəhidin adını daşıyan klub Avropa çempionatında yarımfinala çıxdı

Oktyabr 25
23:34 2016
Salyanlı şəhidin adını daşıyan klubun idmançısı Avropa çempionatının yarımfinalına çıxıb.
 
Bu barədə məlumatı virtualaz.org saytının Şirvan bürosuna klubun məşqçisi Şəhriyar İsayev verib.
 
Məşqçinin sözlərinə görə, bu gün muay-tayçımız Alid Məmmədzadə 60 kq çəki dərəcəsində ispaniyalı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Döyüşü udmuş Alid Məmmədzadə isə saytımıza bildirib ki, rəqibinin boyca ondan uca olması çətinlik yaratsa da, yüksək əzmi onun qalib gəlməsi ilə nəticələnib. Alid yarımfinalda xorvatiyalı idmançı ilə görüşəcək.
 
Xatırladaq ki, 22-29 oktyabr 2016-cı il tarixlərində Xorvatiyanın Split şəhərində muay-tay idman döyüş növü üzrə Avropa çempionatı keçirilir. Azərbaycan qitə miqyaslı yarışda iki idmançı ilə təmsil olunur, 67 kq çəki dərəcəsində Cabbar Mustafayev, 60 kq çəki dərəcəsində isə Alid Məmmədzadə ölkəmizin şərəfini qoruyurlar.
 
Yığma komandanın baş məşqçisi isə əslən Salyan rayonunun Arbatan kəndindən olan 26 yaşlı Şəhriyar İsayevdir. Şəhriyarın qardaşı - gizir rütbəli Raiq İsayev
 
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Elə Şəhriyar da təşkil etdiyi klubu onun şərəfinə "Raiq” Muay-Tay Klubu adlandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook